HƏSƏNOV Hәsrәt Əli oğlu (2.5.1930, Gürc. SSR, Marneuli r-nunun Candar k. – 16.1.2009, Bakı) – Azәrb. dilçisi, filologiya e.d. (1980), prof. (1980). Azәrb. Dövlәt Un-tinin filologiya fakültәsini bitirmişdir (1954). Hәmin un-tin ümumi dilçilik kafedrasında müәllim (1965 ildәn), baş müәllim (1967), Azәrb. dilçiliyi kafedrasında dosent (1970), prof. (1980–2009) vәzifәlәrindә işlәmişdir. Tәdqiqatları Azәrb. dilinin leksikologiya, leksikoqrafiya vә nitq mәdәniyyәti problemlәrinә hәsr olunmuşdur. 130-dan çox elmi әsәrin, o cümlәdәn 26 kitabın müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycan lüğәtçiliyinin nәzәri әsasları. B., 1999; Nitq mәdәniyyәti vә üslubiyyatın әsasları. B, 2000; Natiqlik sәnәti. B., 2003; Müasir Azәrbaycan dilinin leksikası. B., 2005.










