HƏSƏNOV Hüseyn Heydәr oğlu (19.10.1932, Yerevan – 18.07.1995, Bakı) – Azәrb. neyrofizioloqu. Biologiya e.d. (1967), prof. (1970), Azәrb. SSR EA-nın akad. (1976; m. üzvü, 1974). Azәrb. SSR Dövlәt mükafatı laureatı (1972). Azәrb. SSR Əmәkdar elm xadimi (1991). 1954 ildә Azәrb. Dövlәt Un-tini bitirmişdir. 1954–61 illәrdә Azәrb. SSR EA-nın Fiziologiya İn-tunun fiziologiya laboratoriyasında laborant, kiçik elmi işçi, baş elmi işçi olmuşdur. 1968 il dәn Fiziologiya İn-tunun elmi işlәr üzrә direktor müavini tәyin edilmiş, eyni zamanda “Beyin vә davranış” şöbәsinә, “Davranış vә tәlim” laboratoriyasına rәhbәrlik etmişdir. 1969–1995 illәrdә hәmin in-tun direktoru olmuşdur. Tәdqiqatlarının әsas istiqamәtini emosiya-motivasiya davranışının vә yaddaşın struktur-funksional tәşkilinin, neyrofizioloji vә neyrokimyәvi mexanizmlәrinin öyrәnilmәsi tәşkil edir. Onun rәhbәrliyi altında aparılan işlәr qida emosiya vә motivasiyasında iştirak edәn limbik sistemin sinir vә neyrokimyәvi mexanizmlәri haqqında yeni elmi mülahizәlәrin yürüdülmәsinә imkan verdi. “Tәlimin neyrofiziologiyası” laboratoriyası H.-un adını daşıyır. O, 300-dәn artıq elmi әsәrin, 5 mono qrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. “İnter beyin” üzrә Beynәlxalq simpoziumun Tәşkilat Komitәsnin sәdri (1980), YUNESKO-nun beyni öyrәnәn Beynәlxalq tәşkilatının üzvü (1978) olmuşdur. Ümum dünya fiziologiya konqreslәrindә mәruzә ilә çıxış etmişdir. “Şәrәf nişanı” ordeni vә bir sıra medallarla tәltif edilmişdir.
Ə s ә r l ә r i: Изменение интероцептивных безусловных обменных рефлексов в условиях электросна, Б., 1957; İnteroseptik qlikemik reflekslәr, onların qabıq lokalizasiyası vә sinir tәnziminin mexanizmi, B., 1970; Beyin labirintlәrindә, B., 1977; Эмоции и висцеральные функции, Б., 1974; Нейрохимические механизмы гиппокампа, тета-ритма и поведениe, М., 1986.










