HƏSƏNOV Xamiz Əbdül–Hüseyn oğlu (10.1.1928, Kürdәmir ş. – 15.12.1999, Bakı) – Azәrb. psixiatrı. Tibb e.d. (1961), prof. (1963), Azәrb. Resp.-nın Əmәkdar elm xadimi (1990). Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1948). 1948–54 illәrdә Moskvada çalışmış, 1954–70 illәrdә Azәrb. Dövlәt Tibb İn-tunun elmi işlәr üzrә prorektoru (1963–64), in-tun rektoru (1964–67), psixiatriya kafedrasının müdiri (1967–70), olmuşdur. 1970–99 illәrdә Ə.Əliyev ad. Azәrb. Dövlәt Tibb İn-tunun psixiatriya kafedrasının müdiri vәzifәsindә çalışmışdır. Eyni zamanda 1961–63 illәrdә SSRİ Tibb EA-nın Azәrb. Ekspermental vә Kliniki Tәbabәt İn-tunda elmi işlәr üzrә direktor müavini olmuşdur. Tәdqiqatları, әsasәn, xroniki alkoqolizm vә alkoqol psixozlarının öyrәnilmәsinә hәsr edilmişdir 150-yә yaxın elmi әsәrin müәllifidir. Elmi radrların hazırlanmasında xidmәti var.
Ə s ә r l ә r i: Острые алкоголные психозы, В. 1963; Выcшая нервная деятельнocть при острых алкогольных психозах, В., 1966.










