HƏSƏNOV İlqar Əlixan oğlu (d.24.5.1961, Tovuz r-nunun Yuxarı Öys üzlü k.) – Azәrb. histoloqu. Tibb e.d. (1999 ). Azәrb. Resp.-nın Əmәkdar müәllimi (2010). N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunu bitirmişdir (1984). Hәmin in-tun histologiya, embriologiya vә sitologiya kafedrasında (1984–2011, 1996–99 illәrdә kafedra müdiri) işlәmiş, eyni zamanda orada klinik histologiya vә sitologiya laboratoriyasının rәhbәri (2002–11) olmuşdur. H. 2016 ildәn Azәrb. Dövlәt Bәdәn Tәrbiyәsi vә İdman Akad.-nda idman tibbi vә reabilitasiya proqramının direktoru vә 2017 ildәn Azәrb. Resp. Sәhiyyә Nazirliyinin Milli Onkologiya Mәrkәzinin patositomorfologiya laboratoriyasının rәhbәridir. Tәdqiqatları, әsasәn, müxtәlif şiş xәstәliklәrinin vә sonsuzluğun mikroskopik diaqnostikası problemlәrinin öyrәnilmәsinә hәsr edilmişdir. 260-dan artıq elmi әsәrin müәllifidir. Kadr hazırlığı sahәsindә xidmәti var.










