HƏSƏNOV Qafar Teymur oğlu (d.12.10.1935, Ermәnistan SSR, Sisian r-nunun Urud k.) – istilik fizikası vә molekulyar fizika sahәsindә Azәrb. alimi, texnika e.d. (1972), prof. (1974). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1957). Azәrb. SSR EA-da elmi işçi (1957–65), Azәrb. Neft vә Kimya İn-tunda (indiki ADNSU) elmi işçi, dosent, prof. (1965–88), kafedra müdiri (1988–2016) vәzifәlәrindә çalışmışdır. 2016 ildәn hәmin un-tin prof.-dur. Tәdqiqatları maye, qaz vә plazmanın mexanikası, istilik vә molekulyar fizika sahәsindәdir. Bir sıra beynәlxalq konfrans vә simpoziumlarda mәruzә ilә çıxış etmişdir. 400-dәn çox elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var. “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur (2000).










