HƏSƏNOV Mәhәmmәd Seyidalı oğlu (20.3.1930, Cәbrayıl r-nunun Daşkәsәn k. – 1.7.1998, Bakı) – Azәrb. pedaqoqu, pedaqoji e.d. (1989), prof. (1992). Azәrb. Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1953). Resp. Müәllimlәri Tәkmillәşdirmә İn-tunda metodist (1956–63), Azәrb. Elmi-Tәdqiqat Pedaqogika İn-tunda böyük elmi işçi (1963–67), Azәrb. Pedaqoji Xarici Dillәr İn-tunda baş müәllim vә dosent (1967–73), BDU-da dosent (1973–91) vә prof. (1991 ildәn) olmuşdur. Tәdqiqatları dilin tәdrisi metodikası vә metodologiyasına hәsr edilmişdir. 100-әdәk elmi әsәrin, o cümlәdәn 15-dәn çox dәrslik, dәrs vә metodiki vәsaitin müәllifidir.










