HƏSƏNOV Musa Sәmәd oğlu (d. 2.9.1939, Tovuz r-nunun Qaraxanlı k.) – Azәrb. tarixçisi, tarix e.d. (1990), prof. (1992). Azәrb. Dövlәt Un-tini (1962) bitirmiş, Moskva Dövlәt Un-tinin aspiranturasında (1962–65) tәhsil almışdır. 1967–2006 illәrdә ADPU-da çalışmışdır (1974–76 illәrdә tarix fakültәsinin dekanı). 200-әdәk elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın vә bir neçә kitabın müәllifidir.
Ə s ә r l ә r i: Almaniya mәsәlәsinin hәlli vә Avropa tәhlükәsizliyi. B., 1992; Avropada tәhlükәsizlik, әmәkdaşlıq üzrә Helsinki müşavirәsi; Yekun aktının hәyata keçmәsi problemi. B., 2007.










