HƏSƏNOV Müşfiq Calal oğlu (d.21.8.1968, Füzuli r-nunun Alxanlı k.) – Azәrb. tibb alimi, cәrrah. Tibb e.d. (2016). Azәrb. Tibb Un-tini bitirmişdir (1996). 2001 ildәn ATU-nun Ümumi cәrrahlıq vә anestiziologiya kafedrasında (2019 ildәn dosent) işlәyir. Tәdqiqatları, әsasәn, qarın boşluğu orqanlarının kәskin cәrrahi xәstәliklәrinin ağırlaşması hesab olunan peritonitlәr zamanı bu orqanların pozulmuş funksiyalarının tәnzimlәnmәsinin öyrәnilmәsi istiqamәtindәdir. H. Azәrb. Milli Aviasiya Akad.-nın ixtira etdiyi dozalayıcı sistemә malik olan “Ozon” aparatının peritonitlәrin müalicәsindә ilk dәfә tәtbiqinә nail olmuşdur. 60-dan artıq elmi әsәrin müәllifidir. Beynәlxalq Endoskopik Laparoskopik Cәrrahlar Cәmiyyәtinin hәqiqi üzvüdür (2016).










