HƏSƏNOV Nәriman Əllamә oğlu (3.2.1934, Nax. MR, Ordubad r-nunun Nüsnüs k. – 2.2.1993, Bakı) – Azәrb. tarixçisi, tarix e.d. (1974), prof. (1978). Azәrb. Dövlәt Un-tinin (indiki BDU) tarix fakültәsini (1957) bitirmişdir. Ordubad r-nunda müәllim (1957–61) işlәmiş, 1964 ildәn BDU-da baş laborant, müәllim, dosent vә prof. vәzifәlәrindә çalışmış, 1985–93 illәrdә kafedra müdiri olmuşdur. 20 әsrin әvvәllәrindә Cәnubi Azәrb.-da inqilabi azadlıq hәrәkatına, İranın yeni tarixinә dair 100-әdәk әsәrin müәllifidir.
Ə s ә r l ә r i: İranın yeni tarixi. B., 1982; Oyanmış Tәbriz vә Sәttarxan. B., 1986.










