HƏSƏNOV Rasim Tapdıq oğlu (d.9.7.1955, Bәrdә r-nunun Kәtәlparaq k.) – Azәrb. iqtisadçısı, iqtisad e.d. (2003), prof. (2010). Azәrb. Resp.-nın әmәkdar müәllimi (2011). Azәrb. Neft vә Kimya İn-tunu bitirmişdir (1977). Azәrb. EA-nın Kibernetika İn-tunda (1977–88) çalışmış, daha sonra Azәrb. Dövlәt Plan Komitәsi yanında Elmi Tәdqiqat İqtisadiyyat İn-tunda elmi katib (1988–89), şöbә müdiri (1989–94), İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Mәrkәzindә direktor müavini (1994–95), direktor (1996–2002), Azәrb. Resp. Hesablama Palatasında şöbә müdiri vә Palata Aparatının rәhbәri (2002–08), ADİU yanında İqtisadi Araşdırmalar Elmi Tәdqiqat İn-tunda direktor (2009–15) işlәmişdir. 200-әdәk elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Azәrbaycan Respublikasının sosial-iqtisadi inkişafının bazar modelinin konseptual әsasları. B., 1998.










