HƏSƏNOV Rәfail Musa oğlu (d.12.11.1962, Bakı) – Azәrb. alimi, sosiologiya e. d. (2006), prof. (2011). Kazan Dövlәt Pedaqoji İn-tunu bitirmişdir (1985). Azәrb. Resp. Sosioloji Tәdqiqatlar Mәrkәzindә mühәndis-sosioloq kimi çalışmış (1989), Azәrb. Neft vә Kimya İn-tunda vә Xәzәr Un-tindә pedaqoji fәaliyyәt göstәrmişdir. 1998 ildәn BDU-da çalışır (2019 ildәn sosiologiya kafedrasının müdiridir). Tәdqiqatları Azәrb.-da transformasiya şәraitindә vәtәndaş cәmiyyәtinin formalaşması mәsәlәlәrinә hәsr olunmuşdur. 60-adәk elmi әsәrin, o cümlәdәn bir neçә kitab vә dәrs vәsaitinin müәllifidir.










