HƏSƏNOV Ruslan Afiq oğlu (d.22.9.1985, Bakı) – radiotexnika sahәsindә Azәrb. alimi, texnika e. d. (2018). Milli Aviasiya Akad.-nı (MAA) bitirmişdir (2008). Azәrb. Hava Yolları Qapalı Sәhmdar Cәmiyyәti Azәraeronaviqasiya Hava Hәrәkәtli idarәsindә müxtәlif vәzifәlәrdә (2008–12) işlәmişdir. 2012 ildәn MAA-da pedaqoji fәaliyyәtә başlamış, 2014 ildәn Elmi-tәdqiqat işlәri üzrә analitik şöbәnin rәisidir. Tәdqiqatları radiolokasiya, radionaviqasiya, televiziya sistemlәri vә qurğuları sahәsindәdir. 60-dan çox elmi әsәrin müәllifidir.










