HƏSƏNOV Sәfixan Şamil oğlu (d.4.1.1956, Erm. SSR Qafan r-nunun Gәrd k.) – Azәrb. tibb alimi, neonatoloq. Tibb e.d. (1996), prof. (2003). N.Nәrimanov ad. Azәrb. Dövlәt Tibb İn-tunu (indiki Azәrb Tibb Un-ti) bitirmişdir (1979). 1980–83 illәrdә Zәrdab r-nunda sahә hәkimi işlәmiş, 1983 ildәn Azәrb. Dövlәt Tibb İn-tunda (2010–16 illәrdә neonatologiya kafedrasının müdiri, 2016–17 illәrdә II uşaq xәstәliklәri kafedrasında prof., 2017 ildәn I uşaq xәstәliklәri kafedrasının müdiri) işlәyir. Eyni zamanda (2005–12) K.Fәrәcova ad. Elmi Tәdqiqat Pediatriya İn-tunun elmi işlәr üzrә direktor müavini olmuşdur. Tәdqiqatları, әsasәn, yenidoğulmuşlarda baş verәn müxtәlif patoloji proseslәrin orqanizmdә törәtdiyi dәyişikliklәrin öyrәnilmәsinә hәsr edilmişdir. 200-dәn artıq elmi әsәrin müәllifidir. Elmi kadrların hazırlanmasında xidmәti var.










