HƏSƏNOV Şahin Hümmәt oğlu (d.30.10.1962, Kәlbәcәr r-nunun Laçın k.) – yol tikintisi sahәsindә Azәrb. alimi, texnika e.d. (2011), prof. (2016). Azәrb. İnşaat Mühәndislәri İn-tunu bitirmişdir (1989). Azәrb. SSR Meşә Tәsәrrüfatı Nazirliyi sistemindә, Avtomobil Yollarının Tikintisi vә İstismarı Nazirliyindә, Yol hәrәkәtinin tәşkili vә tәhlükәsizlik texnikası şöbәsindә, Nәzarәt-Tәftiş İdarәsindә müxtәlif vәzifәlәrdә işlәmişdir (1984–93). 1993–2003 illәrdә “Azәravtoyol” Dövlәt Şirkәtinin birinci vitse-prezidenti, 2005–10 illәrdә BMT-nin İnsan Haqları İn-tunun Azәrb. üzrә koordinatoru olmuşdur. 2011 ildәn “AzVirt” Almaniya–Azәrb. şirkәtinin Beynәlxalq layihәlәr üzrә departament direktorunun müavinidir, AzTU-da prof. vәzifәsindә çalışır. Tәdqiqatları avtomobil yollarının nәqliyyat-istismar göstәricilәrinin yüksәldilmәsi, yol örtüyünün gәrgin deformasiya vәziyyәtinin vә dağılmasının modellәşdirilmәsi vә s.-ә aiddir. 100-dәn çox elmi әsәrin, o cümlәdәn dәrsliklәrin müәllifidir.










