HƏSƏNOV Şükür Mәmmәdtağı oğlu (25.6.1903, Şamaxı – 11.7. 1976, Bakı) – Azәrb. kurortoloqu. Tibb e.d. (1935), prof. (1933). Azәrb. SSR әmәkdar hәkim (1942) vә әmәkdar elm xadimi (1960). 1961 ildә H.-un tәşәbbüsü ilә Bakıda xüsusi müalicә müәssisәsi – “Sağlamlıq zonası” yaradılmış vә ona rәhbәrlik etmişdir. Türkmәnistan Dövlәt Tibb İn-tunda kafedra müdiri (1934–39), Azәrb. SSR Elmi Tәdqiqat Kurortologiya vә Fiziki Üsullarla Müalicә İn-tunun direktoru (1947 ildәn), Ə. Əliyev ad. Azәrb. Dövlәt Hәkimlәri Tәkmillәşdirmә İn-tunun kurortologiya vә fizioterapiya kafedrasının müdiri işlәmişdir. Tәdqiqatları, әsasәn, kurortologiya vә fizioterapiyanın aktual mәsәlәlәrinә hәsr edilmişdir. H. Azәrb. SSR, Gürc. SSR vә Erm. SSR EA-larının Zaqafqaziya әlaqәlәndirmә şurası kurortlar bölmәsinin, Azәrb. SSR Kurortoloqlar vә Fizioterapevtlәr cәmiyyәtinin sәdri olmuşdur (1950 ildәn).
Ə s ә r l ә r i: Kурортные богатства Азербайджана. Б., 1992; Оздоровительная работа в условиях Бакинской центральной “Зоны здоровья”. Б., 1967.










