HƏSƏNOV Tahir Tofiq oğlu (22.2.1970, Bakı – 2.9.1992, Kәlbәcәr r-nunun Çıldıran k.) – Azәrb.-ın Milli Qәhrәmanı (ölümündәn sonra, 19.10.1992). 1990 ildә hәrbi xidmәtini başa vurduqdan sonra BDU-nun tarix fakültәsinә qәbul olsa da, tәhsilini yarımçıq qoyaraq könüllü cәbhәyә yollanmışdır. H.-un desant alayında xidmәt etmәsi vә yüksәk peşә hazırlığı nәzәrә alınaraq kәşfiyyat qrupunun komandiri tәyin edilmişdir. Ağdәrә, Başkәnd, Meşәli, Çıldıran әmәliyyatlarında böyük şücaәt göstәrmişdir. 1992 il sentyabrın 2-dә Çıldıran yüksәkliyindәki uğurlu әmәliyyatdan dönәrkәn H. öz dәstәsi ilә sayca üstün düşmәnlә döyüşә girmәli olmuş, son nәfәsinәdәk döyüşmüş, әsir düşmәmәk üçün әlindәki qumbaranı partladaraq özü ilә bәrabәr çox sayda ermәnini dә mәhv etmişdir. Bakıda, Şәhidlәr Xiyabanında dәfn olunmuşdur. Adına Bakıda mәktәb var.











