HƏSƏNOV Tofiq Abbas oğlu (9.11.1932, İrәvan – 4.10.2001, Bakı) – Azәrb. geoloqu, geologiya-mineralogiya e.d. (1980). 1956 ildә Azәrb. Sәnaye İn-tunu (indiki ADNSU) bitirmişdir. 1956–95 illәrdә Azәrb. Geologiya İdarәsinin (indiki Ekologiya vә Tәbii Sәrvәtlәr Nazirliyi) müxtәlif ekspedisiyalarında işlәmiş, kollektordan geol. partiya rәisi vәzifәsinәdәk yüksәlmişdir. 1995 ildәn AMEA-nın Geologiya vә Geofizika İn-tunda baş elmi işçi vәzifәsindә çalışmışdır. Tәdqiqatları Kiçik Qafqazın ofiolit assosiasiyasının struktur vәziyyәti, daxili quruluşu, yaşı vә әmәlәgәlmә mexanizminin araşdırılması sahәsindәdir. 60-dan çox elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.










