HƏSƏNOV Vaqif Hajan oğlu [d.9.7.1964, Qazax (indiki Ağstafa) r-nunun Kirovkәnd (indiki Hәsәnsu) k.] – istilik texnikası sahәsindә Azәrb. alimi, texnika e.d. (2014), prof. (2017). Azәrb. Politexnik İn-tunu (indiki AzTU) bitirmişdir (1986). 1986–89 illәrdә Bakı Aqreqat İstehsalat Birliyindә mühәn distexnoloq, texnoloji büronun rәisi, 1989 ildәn AzTU-da laborant, assistent, dosent vәzifәlәrindә işlәmişdir. 2006 ildәn elmi-tәdqiqat laboratoriyasında aparıcı elmi işçidir. Əsas elmi işlәri yüksәk tәzyiq lәrdә maddәlәrin termodinamiki vә köçürmә xassәlәrinin tәdqiqi, istilik-fiziki xas sәlәrin tәdqiqatı üçün yeni metodların işlәnib hazırlanması vә s. sahәsindәdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn 1 monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Скорость звука в углеводородах спиртах и их растворах, методы измерения. Lambert Academic Publishing, 2018.










