HƏSƏNOV Yusif Nadir oğlu (d.14.3.1963, Hacıqabul r-nunun Navahı k.) – maşınqayırma sahәsindә Azәrb. alimi, texnika e.d. (2007), prof. (2016). Azәrb. Politexnik İn-tunu (indiki AzTU) bitirmişdir (1985). Ümumittifaq Elmi Tәdqiqat Neft Maşınqayırması Layihә vә Texnologiya İn-tunda mühәndis, mühәndis-texnoloq (1985–87), AzTU-da assistent, baş müәllim, dosent (1987–2006) vәzifәlәrindә işlәmişdir. 2006 ildәn Azәrb. Resp. Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt Agentliyindә işlәyir. Elmi işlәri neft nasoslarının kontakt cütlәrinin hazırlanmasının texnoloji qeyri-dәqiqliyinin (kәlә-kötürlüyünün) analizi, gәrginlik vәziyyәti vә möhkәmliyi; maşın hissәlәrinin yeyilmәyә davamlılığının texnoloji üsullarla tәmin olunmasının elmi әsaslarının işlәnilmәsi sahәsindәdir. 60-dan çox elmi әsәrin, o cümlәdәn bir neçә monoqrafiyanın müәllifidir.
Ə s ә r i: Регулирование триботехнических характеристик поверхностей деталей. Б., 2001.










