HƏSƏNOV Yüzbaşı Canәli oğlu (20.9.1934, Lerik r-nunun Amburdәrә k., 1.5. 2015, Binә qәs.) – Azәrb. torpaqşünası, aqrofizik. K.t. e.d. (2007). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1967). 1979 ildәn AMEA Torpaqşünaslıq vә Aqrokimya İn-tunda torpaq fizikası laboratoriyasında baş elmi işçi vәzifәsindә çalışmışdır. Tәdqiqatları Azәrb. torpaqlarından sәmәrәli istifadә edilmәsi, onun münbitliyinin bәrpa edilmәsi vә meliorasiya olunmuş torpaqlarin aqrofiziki xassәlәrinin, rejiminin nizamlanması sahәsindәdir. H. 35 ildәn artıq resp.-nın müxtәlif torpaq-iqlim zonalarında bu sahәdә elmi işlәr aparmış, torpaq fizikası elminin mühüm problemlәrinin hәllinә nail olmuşdur. 100-dәn artıq elmi әsәrin, o cümlәdәn 2 monoqrafiyanın müәllifidir.
Ə s ә r l ә r i: Azәrbaycanın meliorasiya olunmuş torpaqlarının aqrofiziki xassәlәri, B., 2002.










