HƏSƏNOV Zakir Əsgәr oğlu (d. 6.6.1959, Astara r-nu) – Azәrb. hәrbi xadimi, gen.-polk. (2013). C. Naxçıvanski ad. İbtidai Hәrbi Mәktәbi (1976), Bakı Ali Birlәşmiş Ümumqoşun Komandanlıq Mәktәbini (1980), SSRİ Silahlı Qüvvәlәrinin Baş Qәrargahının Akademik idarәetmә kurslarını (1987) bitirmişdir. Almaniyada yerlәşәn Sovet Qoşunları Qrupunda (1985 ilәdәk), SSRİ Müdafiә Nazirliyinin Sibir Hәrbi dairәsinin Altay Hәrbi Komissarlığında (1985–93), Azәrb. Resp. Milli Tәhlükәsizlik Nazirliyinin Sәrhәd Qoşunları Baş İdarәsindә xidmәt etmiş, Dövlәt Sәrhәd Xidmәtinin Beynәlxalq Əlaqәlәr İdarәsinin rәisi (1993–2003), Azәrb. Resp. daxili işlәr nazirinin müavini – daxili qoşunların komandanı (2003–13) vәzifәlәrindә çalışmışdır. 2003 ildә gen.-m., 2005 ildә gen.-l. rütbәlәrini almışdır. 2013 ildәn Azәrb. Resp.-nın müdafiә naziridir. Azәrb. Resp.-nın “Azәrbaycan Bayrağı” (2004; 2016), 1-ci dәrәcәli “Rәşadәt” (2018), “Şöhrәt” (2019) ordenlәri vә medallarla tәltif olunmuşdur.











