HƏSƏNOV Zirәddin Sәmәndәr oğlu (d.10.1.1936, Şәmkir r-nunun Morul k.) – Azәrb. fiziki, fizika-riyaziyyat e.d. (2005). Gәncә Dövlәt Pedaqoji İn-tu (indiki Gәncә Dövlәt Un-ti) bitirmişdir (1960). 1960–67 illәrdә Morul kәnd mәktәbindә müәllim işlәmiş, 1967–92 illәrdә Gәncә Dövlәt Universitetindә müәllim, dosent, kafedra müdiri, tәdris işlәri üzrә prorektor vәzifәlәrindә çalışmışdır. 1995 ildәn fizikaka fedrasının müdiridir. Elmi işlәri faza keçidi oblastında Ag–Fe–X üçlü sistem birlәşmәlәrinin fiziki xassәlәrinin tәdqiqinә aiddir. 50-dәn çox elmi әsәrin müәllifidir.










