HƏSƏNOVA Fatma Əkbәr qızı (25.2.1928, indiki Şәmkir r-nunun Koltәh nәli k.– 16. 4. 2015, Şәmkir r-nunun Tәzәkәnd k.) – Sosialist Əmәyi Qәhrәmanı (1950). 1942–66 illәrdә indiki Şәmkir r-nundakı Əziz bәyov ad. s-zda manqabaşçısı, şöbә müdiri işlәmiş, 1967 ildәn briqadir olmuşdur. 1949 ildә üzümçülük sahәsindә yüksәk әmәk göstәricilәri әldә etmişdir. 2 dәfә Lenin ordeni, Oktyabr İnqilabı ordeni ilә tәltif edilmişdir.











