HƏSƏNOVA Gülxar İbrahim qızı (10.12.1918, indiki Şәmkir r-nunun Bayramlı k. – 2.4.2005, Bakı) – Azәrb. müğәnnisi (soprano). Azәrb. Resp. xalq artisti (1982). Bakı Teatr Texnikumunda oxumuş (1935–37), Azәrb. Dövlәt Un-tini bitirmişdir (1959). Sәhnә fәaliyyәtinә Azәrb.Gәnc Tamaşaçılar Teatrında (1936–42) başlamışdır. 1942–80 illәrdә Azәrb. Opera vә Balet Teatrının solisti, 1980 ildәn mәşqçi-pedaqoqu olmuşdur. Leyli vә Leylinin anası, Əsli, xanәndә qız (“Leyli vә Mәcnun”, “Əsli vә Kәrәm”, “Koroğlu”, Ü.Hacıbәyli), Şahsәnәm (“Aşıq Qәrib”, Z.Hacıbәyov), Ərәbzәngi (“Şah İsmayıl”, M.Maqomayev), Tәravәt xanım (“Bahadır vә Sona”, S.Əlәsgәrov), ana (“Gәlin qayası”, Ş.Axundova) vә s. partiyalarda çıxış etmişdir. “Yollar görüşәndә” (1979) televiziya filminә çәkilmişdir. H.-nın hәyat vә yaradıcılığına hәsr olunmuş “Son tamaşa” adlı qısametrajlı sәnәdli film çәkilmişdir (1990). Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif olunmuşdur.











