HƏSƏNOVA Gülüstan Ağәli qızı (25.5.1925, İsmayıllı r-nunun Kürdmaşı k. – ?) – Sosialist Əmәyi Qәhrәmanı (1981). Azәrb. SSR-in әmәkdar heyvandarı (1972). 1939–63 illәrdә İsmayıllı, r-nlarında Kürdәmir sağıcı işlәmiş, 1963 ildәn “Sovet Azәrbaycanının 40 illiyi” s-zunda sağıcı idi. Onuncu beşillikdә heyvandarlıq sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. Azәrb. SSR Ali Sovetinin (8–10-cu çağırış) deputatı seçilmişdir. 2 dәfә Lenin ordeni, Oktyabr İnqilabı ordeni vә medallarla tәltif edilmişdir.











