HƏSƏNOVA Südabә Cәmşid qızı (d.5.2.1947, Şәrur r-nunun Yengicә k.) – Azәrb. Resp.-nın II dәrәcәli dövlәt әdliyyә müşaviri (әdliyyә gen.-l., 1998), әmәkdar hüquqşünas (2017). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1971). Bakı ş. indiki Binәqәdi rayon xalq mәhkәmәsinin (1973–79), hakimi Bakı şәhәr Mәhkәmәsi (1979) vә Azәrb. SSR Ali Mәhkәmәsi Rәyasәt Heyәtinin üzvü (1980) seçilmiş, Azәrb. KP MK-nın inzibati orqanlar şöbәsindә (1980–87) çalışmışdır. 1987 ildә Azәrb. SSR Ədliyyә nazirinin 1-ci müavini tәyin olunmuş, 1995–97 illәrdә nazir vәzifәsini icra etmiş, 1998–2000 illәrdә әdliyyә naziri, 2000–05 illәrdә Azәrb. Resp. Ali Mәhkәmәsinin sәdri işlәmiş, 2005 ildәn Azәrb. Resp. Konstitusiya Mәhkәmәsinin üzvüdür. Azәrb. Prezidenti yanında Mәhkәmә-Hüquq Şurasının sәdri, Azәrb. Resp. Konstitusiya layihәsi, hüquq-islahat, әfv vә s. dövlәt komisiyyalarının üzvü, “Qanun çuluq” jurnalının baş redaktoru olmuşdur. Azәrb. Resp.-nın “Şöhrәt” ordeni ilә tәltif edilmişdir (2007).











