HƏSƏNOVA Şamama Mahmudәli qızı (7.11.1923, indiki Füzuli r-nunun Arayatlı k. – 5.9.2008, Bakı ş.) – yüksәk mәhsul ustası; iki dәfә Sosialist Əmәyi Qәhrәmanı (1947; 1950). B.Bağırova ilә birlikdә iki әl ilә pambıq yığımı hәrәkatının tәşәbbüsçüsü. Ölkәdә 2 dәfә Sosialist Əmәyi Qәhrәmanı adına layiq görülmüş ilk qadınlardan biri. 1966 ildә S.Ağamalıoğlu ad. AKTİ-ni bitirmişdir. 1942 ildәn Füzuli r-nundakı “1 May” k-zunda kolxozçu, manqabaşçısı işlәmiş, 1953 ildәn hәmin k-zun sәdri olmuşdur. 1946 vә 1949 illәrdә pambıqçılıq sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. SSRİ Ali Sovetinin (4–11-ci çağırış) deputatı seçilmişdir. 1955 ildәn AKP MK üzvü, SSRİ Ali Soveti İttifaqlar Sovetinin sәdr müavini (1960–74) olmuşdur. 5 dәfә Lenin ordeni, Oktyabr İnqilabı, Qırmızı Əmәk Bayrağı ordenlәri vә medallarla tәltif olunmuşdur. Arayatlı k.-ndә H.-nın tuncdan büstü qoyulmuşdur.











