HƏSƏNOVA Züleyxa Əsgәralı qızı (31.1.1927, Masallı r-nunun Göyәçöl k. – 1.12.2011, orada) – Sosialist Əmәyi Qәhrәmanı (1949). Qәhrәman ana (1969). 1941–64 illәrdә Masallı r-nunun Orconikidze ad. k-zunda, 1964–78 illәrdә isә “Komsomol” s-zunda manqa başçısı işlәmişdir. 1948 ildә tütünçülük sahәsindә yüksәk әmәk göstәricilәrinә nail olmuşdur. AKP 28-ci qurultayının nümayәndәsi olmuş, Azәrb. SSR Ali Sovetinin (8-ci çağırış) deputatı seçilmişdir.











