HƏSƏNRİZ – Azәrb. Resp. Kәlbәcәr r-nunda kәnd. Hәsәnriz ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 40 km şm.-ş.-dә, Qarabağ silsilәsinin әtәyindәdir. Əhalisi işğaldan (1993, aprel) әvvәl әkinçilik vә heyvandarlıqla mәşğul olmuşdur. Kәnddә Alban mәbәdi (500) vә 1283 ildә tikilmiş mәbәd var. Ermәni işğalı zamanı tamamilә dağıdılmış kәnd 25 noyabr 2020 il tarixindә Azәrbaycan ordusu tәrәfindәn azad edilmişdir.










