HƏSƏNSU (1992 ilәdәk Kirovkәnd) – Azәrb. Resp. Ağstafa r-nunda kәnd. Hәsәnsu ә.d.-nin mәrkәzi. R-n mәrkәzindәn 6 km c.-ş.-dә, Hәsәnsu çayının sahilindә, Gәncә-Qazax düzәnliyindәdir. Əh. 3337 (2019); әkinçilik vә heyvandarlıqla mәşğuldur. “Karvan L” EKO MMC; tam orta mәktәb, uşaq bağçası, 2 kitabxana, mәdәniyyәt evi, klub, poçt, EATS, tibb mәntәqәsi. Kәnddә Son Tunc dövrünә aid Nadir bәy tәpәsi yaşayış yeri var.










