HƏSƏNSU YAŞAYIŞ MƏSKƏNLƏRİ – Azәrb. Resp. Ağstafa r-nunun Aşağı Kәsәmәn k.-ndәn 800 m ş.-dә, Hәsәnsu çayı dәrәsindәn tәqr. 700 m q.-dә aşkarlanmış Neolit dövrünә (e.ә. 7-ci minilliyin ikinci yarısı – e.ә. 6-cı minilliyin әvvәllәri) aid arxeoloji abidәlәr. Yaşayış mәskәnlәri dairәvi planlı, hәr birinin sah. tәqr. 0,5 ha olan iki süni tәpәdәn ibarәtdir. Birinci tәpәnin hünd. 3,5 m, ikinci tәpәnin hünd. isә 2,5 m-dir. I H ә s ә n s u y a ş a y ı ş m ә s k ә n i eni 3 m, dәrinliyi 50–60 sm olan xәndәklә әhatәlәnmişdir. Ümumi qalınlığı 3–3,2 m olan mәdәni tәbәqәnin üst qatında saman qatışıqlı çiy kәrpicdәn vә möhrәdәn tәk sıralı hörgü ilә inşa edilmiş dairәvi vә oval planlı tikili qalıqları aşkar edilmişdir. Kәrpiclәrin birlәşdirilmәsi üçün açıq-sarı vә boz kül rәngli mәhluldan istifadә olunmuşdur. Mәdәni tәbәqәnin alt layında abidәnin, әsasәn, mәrkәzi hissәsindә düz bucaqlı planlı tikili qalıqları izlәnilmişdir. Qazıntı sahәsindәn bir neçә tәsәrrüfat quyusu, saxsı qab fraqmentlәri, dulus kürәlәrinin qalıqları, 2 әdәd daş toppuz, 2 әdәd pazşәkilli balta tipli alәt tapılmışdır. I I H ә s ә n s u y a ş a y ı ş m ә s k ә n i n i n qalınlığı tәqr. 2,5 m olan mәdәni tәbәqәsindә çiy kәrpicdәn vә möhrәdәn hörülmüş dairәvi-oval planlı tikili qalıqları aşkarlanmışdır. Abidәnin keramika ilә müşayiәt olunan üst qatı, demәk olar ki, toxunulmamış saxlanılmışdır. Hәr iki abidәdәn tapılmış daş mәmulatının çoxu erkәn әkinçilik mәdәniyyәti üçün sәciyyәvidir. Taxılın üyüdülmәsindә istifadә edilәn daş alәtlәr alt vә üst dәn daşlarından, sürtgәclәrdәn ibarәtdir. Yalnız fraqment halında izlәnilmiş amorf vә uzunsov formalı alt dәn daşları, әsasәn, boz vә qara rәngli mәsamәli tuf daşından düzәldilmişdir. Uzunsov formalı üst dәn daşları çәhrayı vә boz rәngli tuf daşlarından, hәmçinin sıxtәrkibli çaydaşıdan hazırlanmışdır. Sürt gәclәrin bir qismi müxtәlif formalı, sıxtәrkibli, tünd göy rәngli daşdandır. Daş mәmulatının әsas hissәsini obsidiandan (d ә v ә g ö z ü) hazırlanmış, әsasәn, lövhәşәkilli kәsici alәtlәr (kәsәrlәr, qaşovlar, bıçaqlar, iskәnәlәr, oraq dişlәri vә s.) vә prizmatik, diskşәkilli, konusvarı, piramida formalı yastı nukleuslar tәşkil edir. Sümük mәmulatı müxtәlif növ bizlәr vә lövhә şәkilli alәtlәrlә tәmsil olunur. Keramika mәmulatı tәrkibinә görә yalnız bitki qatışıqlı gildәn vә bitki qatışığı olmayan, qeyri-üzvi qatışıqlı gildәn hazırlanmaqla 2 qrupa bölünür. Keramika fraqmentlәri, әsasәn, yastıotu racaqlıdır; qonur, boz rәngli, düz divarlı, ağız kәnarı içәriyә doğru azacıq yığılmış qablardan ibarәtdir.

Hәsәnsu I yaşayış mәskәnindәn tapılmış әşyalar: 1 – daş hәvәngdәstә; 2 – daş balta vә toppuz; 3 – sümük bizlәr.










