HƏSƏNŞAH MƏSCİDİ – 15 әsr Azәrb. memarlıq abidәsi. Tәbrizdәdir. İnşasına 1477 ildә Uzun Hәsәnin hakimiyyәti dövründә [1453–78] başlanmış, 1484 ildә tamamlanmışdır. Kvadrat planlı iri ibadәt salonu olan mәscid binası simmetrik quruluşlu Nәsriyyә kompleksinin mәrkәzindә yerlәşirdi. Şәrq fasadına mәdrәsә, q. fasadına xәstәxana binaları birlәşirdi. Eyni quruluşda olan mәdrәsә vә xәstәxananın hәyәti hücrәlәrlә әhatә edilmişdi. Osmanlı-Sәfәvi müharibәlәri vә zәlzәlәlәr nәticәsindә bir neçә dәfә zәdәlәnmiş, xüsusilә 1750 il zәlzәlәsindә böyük dağıntıya mәruz qalmış kompleksdәn indiyәdәk mәdrәsә binası vә H.m.-nin alt hissәsi (hünd. 2,50 m) qalmışdır. İbadәt salonunun günbәzi (diametri 20,73 m) orta әsrlәr Azәrb. dini memarlığında әn iri günbәzdir. Kvadrat şәkilli günbә-z altı mәkanın hәrtәrәfinә üç dәrin tağça birlәşirdi. Mәscidin günbәzi vә iki minarәsi tamamilә dağılmışdır. İnteryer vә eksteryerlәri yüksәk keyfiyyәtli kaşı ilә zәngin bәzәdilmiş H.m.-nin iri mәrmәr lövhәlәrdә yonulmuş kitabәlәri vә mehrabın mәrmәr ayrıntıları bәnzәrsiz gözәlliyi ilә fәrqlәnmişdir. Mehrab sütunlarından biri İsfahanın mәşhur Şah mәscidinә (17 әsr) aparılmışdır.










