HƏSSİ-MESAUD NEFT YATAĞI – Əlcәzairdә, Böyük Sәhranın şm.-ında, Uarqla ş.-indәn 100 km ş.-dә yerlәşir. Dünyada әn iri yataqlardan biridir. Əlcәzair-Liviya neftli-qazlı hövzәsinә daxildir. 1956 ildә kәşf edilmiş, 1958 ildәn istismara verilmişdir. İlkin sәnaye ehtiyatı 1140 mln. t-dur. Tektonik planda Afrika platformasının Böyük Sәhra-Liviya plitәsi hüdudlarındadır; 3200–3400 m dәrinliklәrdәki Ordovik vә Kembri yaşlı qumdaşı vә kvarsitlәr mәhsuldardır. Neftin sıxlığı 803 kq/m3, kükürdün miqdarı 0,13%, parafin 2,4%-dir. Mәhsul 5 neft kәmәri ilә Arzev, Becaiyә, Skikda vә s. şәhәrlәrә nәql olunur.










