HƏŞƏM BALIQLARI, x ә ş ә m (As pius) – çәkikimlәr fәsilәsindәn balıq cinsi. Bәdәni uzunsovdur vә yanlardan möhkәm sıxılmışdır; ağzı böyükdür, alt çәnәsi önә çıxaraq fır әmәlә gәtirir. 2 növü var: Dәclә çayında Ön Asiya hәşәmi (A. vorax), Orta Avropanın su hövzәlәrindә yaşayan adi hәşәm (A. aspius). Xәzәr dәnizi hövzәsindә sonuncunun 2 yarımnövünә rast gәlinir: qırmızıdodaq hәşәm (A. aspius taeniatus) Xәzәrin orta vә c. hissәsinә tökülәn çayların hövzәlәrindә vә adi hәşәm (A. aspius aspius) Baltik, Qara, Azov dәnizlәrindә vә Xәzәrin şm. hissәsindә yaşayır. Azәrb.-da bu yarımnövlәrdәn yalnız birincisi var. Uz. 80 sm-әdәk (kütlәsi 5 kq) olur, 4–5 yaşlarında cinsi yetişkәnliyә çatır. Erkәn yazda yapışqan kürüsünü kökümsovun vә qurumuş bitkilәrin üzәrinә tökür. Yırtıcıdırlar; körpә balıqları quyruğu ilә, yaxud bütün bәdәnini suyun sәthinә zәrblә vuraraq gicәllәndirirlәr. Bәzi c. çaylarının aşağı axarında yarımkeçici formalar әmәlә gәtirirlәr: yazda çoxalmaq üçün çaylara girirlәr, yayda dәnizin şirinlәşmiş hissәlәrindә kökәlirlәr, qışda çayların ağzında “çalalarda” gizlәnirlәr. Balıqlarla qidalanırlar, әti dadlıdır. Hәvәskar balıqçıların ikinci dәrәcәli ov obyektidir. Adi hәşәm TTEBMİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir.
Adi hәşәm (Aaspius aspius).










