“HƏŞƏRATÜL-ƏRZ” – 1908–11 illәrdә Tәbrizdә Azәrb. dilindә nәşr edilәn hәftәlik satirik qәzet (daşbasma üsulu ilә, cәmi 48 nömrә, tirajı 3 min nüsxә). Tәsisçisi Mirzә ağa Billuri, redaktoru Mirzә Ağa Tәbrizi (Münşibaşı) idi. Qәzetdә Ə.Sәfәrov vә rәssam H.Tahirzadә Behzad әmәkdaşlıq etmişlәr. “H.-Ə.”-dә müstәqillik vә maarifçilik ideyaları, Mәşrutә inqilabı dәstәklәnir, istibdad, elm vә texnikada gerilik tәnqid olunurdu.










