HƏŞİMOV Elşәn Qiyas oğlu (d.2.11.1970, Lәnkәran r-nunun Boladi k.) – Azәrb. hәrbçisi, milli tәhlükәsizlik vә hәrbi e.d. (2019), prof. (2017). 1994 ildә Xarkov Hәrbi Un-tini, 1998 ildә hәmin un-tin adyunkturasını bitәrәrәk texnika elmlәri namizәdi alimlik dәrәcәsini almışdır. Xarkov Hәrbi Un-tinin raket silahları vә texnoloji qurğular kafedrasında assistent (1998), müәllim (1999) vәzifәlәrindә çalışmışdır. 2000 ildә Azәrb.-a qayıtmış, Bakı Ali Birlәşmiş Komandanlıq Mәktәbinin hava hücumundan müdafiә kafedrasının müәllimi (2000–02), Azәrb. Ali Hәrbi mәktәbinin mexanika kafedrasının rәis müavini (2002–07) olmuş, 2007 ildәn rәisi tәyin edilmişdir. 150-dәn çox elmi әsәrin, o cümlәdәn monoqrafiya vә dәrs vәsaitinin müәllifidir.










