HƏŞİMZADƏ Bilqeys Əhmәd qızı (5.12.1900, Nuxa, indiki Şәki – 24.2.1961, Bakı) – ilk azәrbaycanlı qadın hüquqşünaslardan biri. Hüquq elmlәri namizәdi (1945). 1920–25 illәrdә Şәkidә müәllimlik etmişdir. AK(b)P-nin Şәki qәza komitәsindә şöbә müdiri (1925–28), Azәrb.SSR Prokurorunun müavini (1928–38), Azәrb. Xalq Tәsәrrüfatı İn-tunun direktoru (1938–41), Azәrb.SSR Vәkillәr Kollegiyası Rәyasәt Heyәtinin sәdri (1941–45), Azәrb. Dövlәt Un-tindә cinayәt hüququ kafedrasının dosenti (1945–51) olmuşdur. Sovet cinayәt hüququna dair elmi tәdqiqatların vә publisistik әsәrlәrin müәllifidir.










