HƏŞİŞ (әr.
) – narkotik maddә; Hindistan kәnafının (Cannabis indika) dişi qrupunun ifraz etdiyi qatrandan alınır. Hallüsinogenlәr qrupundandır. Orqanizmә yeritdikdә mәrkәzi sinir sisteminin funksional pozuntusuna sәbәb olur; hallüsinasiya vә digәr psixi dәyişikliklәrlә müşayiәt olunur. Azәrb.-da istifadә etmәk vә Hindistan kәnafını әkmәk qәti qadağandır.










