HƏŞTADSƏR VURUŞMASI (835/36) – әrәb qoşunları ilә xürrәmilәr arasında Hәştadsәr dağı yaxınlığında baş vermişdir. Xәlifә Mötәsim әrәb qoşunlarının komandanı Afşinә kömәk mәqsәdilә Buğa әl-Kәbir başda olmaqla әlavә ordu göndәrmişdi. Buğaya Hәştadsәrdә möhkәmlәnmәk tapşırılmışdı. Lakin Buğa Afşinin әmrini gözlәmәdәn döyüşә başlamağı qәrara aldı. Bәzz qalasına yaxınlaşdıqda Buğa irәliyә 1000 nәfәrlik dәstә göndәrdi. Onları izlәyәn babәkilәr qәfil hücumla dәstәni mәhv etdi. Bir neçә gün davam edәn vuruşmada Buğa çoxlu itki verәrәk qaçmağa mәcbur oldu. Babәkilәr xeyli qәnimәt vә silah әlә keçirdilәr. Bu mәğlubiyyәtdәn sonra Afşin qışlamaq üçün Bәrzәndә çәkildi.










