Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏŞTƏRXAN 
    HƏŞTƏRXAN – RF-dә şәhәr. Hәştәrxan vil.-nin mәrkәzi. Əh. 501,3 min (2005). Xәzәryanı ovalıqda, Volqa çayı deltasının yuxarı hissәsindәki adalarda yerlәşir. Volqa-Xәzәr hövzәsindә mühüm çay vә dәniz portu. Avtomobil vә d.y.-ları qovşağı. Beynәlxalq aeroport. 13 әsrdәn Volqa çayının sağ sahilindә, indiki H.-dan 12 km aralıda Hәştәrxan (Hacı Tәrxan, Gitarxan) adlı tatar mәskәni kimi mәlumdur. 1395 ildә kәnd Teymurun, 1547 ildә Sahib Gәrayın qoşunları tәrәfindәn yandırılmışdır. 15 әsr rus salnamәlәrindә Hәzitorokan, 16 әsrdәn Astoroxan kimi qeyd edilir. 15 әsrin ikinci yarısından (digәr mәlumatlara görә, 1502 ildәn) 1556 ilәdәk Hәştәrxan xanlığının mәrkәzi olmuşdur. 1558 ildә Volqanın sol sahilindә indiki H.-ın әsasını qoymuş rus qalası, 1582–89 ildә daşdan kreml tikilmişdir. 1605 vә 1606 illәrdә Terek kazakları tәrәfindәn talan olunmuş, 1614 ildә ataman İ.M.Zarutskinin başçılığı ilә Don kazakları tәrәfindәn tutulmuşdur. Razin üsyanının (1670–71) vә Hәştәrxan üsyanının (1705–06) mәrkәzlәrindәn biri olmuşdur. 18 әsrin birinci rübündә H.-da hәrbi donanma, admirallıq, tәrsanәlәr vә port yaradılmışdır. H. 1708 ildәn Kazan quberniyasının tәrkibindә, 1717–85 illәrdә Hәştәrxan quberniyasının mәrkәzi idi. 1785–96 illәrdә Qafqaz canişinliyinin (bax Qafqaz quberniyası) tәrkibindә Hәştәrxan vil.-nin mәrkәzi (1785–96), bütün canişinliyin mәrkәzi (1790–96); 1796–1928 illәrdә Hәştәrxan quberniyasının mәrkәzi olmuşdur. 16–19 әsrlәrdә H. Qafqaz vә Cәnubi Qafqazla, Mәrkәzi Asiya, İran vә Hindistanla ticarәtin әsas mәrkәzi idi. 1870–80-ci illәrdә Bakı neftinin Volqa çayı vasitәsilә Rusiya imperiyasının mәrkәzi rayonlarına vә Qәrbi Avropaya nәqli ilә әlaqәdar H. ölkәnin әn iri portlarından birinә çevrildi. Rusiyada Vәtәndaş müharibәsi (1917–22) zamanı H. Aşağı Volqaboyunun müdafiәsinin tәşkilindә mühüm strateji әhәmiyyәt daşıyırdı. 1928–34 illәrdә H. Aşağı Volqaboyu diyarının, 1934–36 illәrdә Stalinqrad diyarının, 1936–43 illәrdә Stalinqrad vil.-nin tәrkibindә olmuşdur. Şәhәrin tarixi mәrkәzindәki daş divarları vә burclәri olan kreml – Dovşan tәpәsindә yerlәşir (ustalar Mixail Velyaminov vә Dey Qubastı). Kremlin әrazisindә Narışkin barokkosu üslubunda Troitsa (17 әsrin sonu – 18 әsr) vә Uspeniye (1698–1710, memar D.Myakişev; gürcü çarları IV Vaxtanq vә II Teymurazın mәqbәrәlәri buradadır) baş kilsәlәri var. 1630-cu illәrdә kremlin әtrafında qәsәbә formalaşmışdır (Ağ şәhәr; divarları 19 әsrin әvvәllәrindә dağılmışdır). H.-ın ilk baş planı (1769, memar A.V.Kvasov) Ağ şәhәrin müntәzәm planlaşdırılmasını inkişaf etdirmişdir. H.-ın memarlıq abidәlәri: gen.-qubernatorun evi (1790-cı illәr), Moskva ticarәt evi (1790), mәscidlәr, katolik kostyolu (1762–78); neo bizans üslubunda Müq. Vladimir baş kilsәsi (1895–1904, memarlar V.AKosyakov, N.E.İakovits), Tetyuşinnikovun neorus üslubunda ağacdan tikilmiş evlәri (1870–72 vә s.) vә neoqotika üslubunda (lüteran kilsәsi, 1892, memarlar K.Domantoviç, Milde) tikililәr. Azov-Don bankının binası (1910 memar F.İ.Lidval), Hәştәrxan kazak qoşununun evi (1906–07) vә Birja binası (1910; hәr ikisinin memarı V.B.Valkovski-Vaqranek) modern üslubundadır. Müasir şәhәr 1957 ilin baş planına әsasәn tikilmişdir. A.S.Puşkinә (1947, heykәltәraş Z.İ.Azqur) abidә qoyulmuşdur. H.-da filiallar da daxil olmaqla 20 ali mәktәb, o cümlәdәn Tibb akademiyası (1918), Texniki un-t (1930; indiki adı 1994 ildәn), Pedaqoji un-t (1932), Konservatoriya (1969), İslam İn-tu “Hacı Tәrxan” (1998) vә s.; Hәştәrxan birlәşmiş tarix-memarlıq muzey-qoruğu (1837), B.M.Kustodiyev ad. şәkil qalereyası (1918), B.M. Kustodiyev, V. Xlebnikov vә b.-nın ev-muzeylәri, H. mәdәniyyәt muzeyi (1978-2001 illәrdә N.Q.Çernışevski әdәbiyyat muzeyi olmuşdur); 34 kütlәvi kitabxana; dram teatrı (1810), gәnc tamaşaçılar teatrı (1933), kukla teatrı (1986), Dövlәt musiqili teatrı (1995), filarmoniya, sirk (1931); planetari var. H. iri sәnaye mәrkәzi, yüklәrin (әsasәn, meşә materialları vә neft) d.y.-ndan dәniz vә çay nәql.-na, hәmçinin әks istiqamәtdә yüklәnmә-boşaldılması mәntәqәsidir. Gәmi qayırma, gәmi tәmiri, maşınqayırma (dәzgahqayırma, maşınqayırma z-dları) vә balıqçılıq (dәniz ovu bazası, balıqçılıq şirkәti, balıq kombinatı, “Rus kürüsü” vә s.) sәnayesi inkişaf etmişdir. H. Yaxınlığında neft hasil olunur. Şәhәrdәn 100 km cәnubda Olya dәniz ticarәt portu var.
    Hәştәrxan şәhәrindәn görünüş.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU