Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏŞTƏRXAN XANLIĞI 
    HƏŞTƏRXAN XANLIĞI – Qızıl Ordanın parçalanması nәticәsindә әmir Hacı Çәrkәzin 14 әsrin ikinci yarısında formalaşmış mülkünün әsasında yaranmış tatar dövlәti. Paytaxtı Hacı Tәrxan (Hәştәrxan) idi. Bәzi tarixçilәr müstәqil H.x.-nın yaranmasını 1459–60 illәrә (qardaşı Əhmәd xanla münasibәtlәrini kәsәn Mahmud xanın hakimiyyәtә gәlmәsinә), digәrlәri isә 1502 ilә (Krım xanı I Mengli Gәrayın Qızıl Ordanı darmadağın etmәsinә) aid edirlәr. H.x.-nın әrazisi Aşağı Volqaboyunun sağ sahilini vә, ehtimal ki, Xәzәryanının şm.- q.-ini әhatә edirdi. Qıpçaqdilli türk tayfaları (alçinlәr, kunqratlar, manqıtlar vә b.) әsasında formalaşmış әhalinin (16 әsrin ortalarında H.x.-nın paytaxtında tәqr. 7,5 min nәfәr yaşayırdı) әsas mәşğuliyyәti köçәri maldarlıqla yanaşı balıqçılıq, zәif inkişaf etmiş әkinçilik, duz hasilatı idi. Qiymәtli balıq növlәri vә duz qonşu dövlәtlәrә ixrac edilirdi. Qәdim ticarәt yolu üzәrindә yerlәşәn Hacı Tәrxan beynәlxalq ticarәt mәrkәzi idi. H.x.-nda Qızıl Orda xanı Tuğa Teymurun 9-cu nәslindәn olan sülalә hökmranlıq edirdi. Xanlıqda ikinci şәxs kalqa (vәliәhd) hesab olunurdu. Əyanlar әksәriyyәti mülklәrә sahib olan vә tabeliyindәki “qara camaat”dan vergi toplayan sultanlardan, oğlanlardan (imtiyazlı hәrbi zümrә), bәylәrdәn vә mirzәlәrdәn ibarәt idi. Qul әmәyindәn (bir qayda olaraq, әsirlәr) ev tәsәrrüfatında istifadә olunurdu, lakin onları, әsasәn, Krıma vә Orta Asiyaya satırdılar. Güclü qonşuların әhatәsindә olan H.x., demәk olar ki, hәmişә Krım xanlığı, Noqay Ordası vә Şimali Qafqaz sultanlıqlarından asılı olmuşdur. Dәfәlәrlә Krım tatarları, noqaylar, kabardalılar xanlığın paytaxtını әlә keçirәrәk hakimiyyәtә öz adamlarını gәtirmişdilәr. Bu hücumların qarşısını almaq mәqsәdilә H.x.-nın bәzi hakimlәri Moskva ilә müttәfiqlik münasibәtlәri yaratmağa çalışırdılar, lakin 1550-cı illәrin әvvәllәrindә Yamğurçi xanın dövründә Krım xanlığına meyil üstün oldu. Kazan xanlığının işğalından (1552) sonra Volqa ticarәt yolunu әlә keçirmәk niyyәtindә olan IV İvan Vasilyeviç (İ v a n Q r o z n ı) hökumәti ekspansiyanı cәnuba doğru genişlәndirdi. Birinci Hәştәrxan yürüşü nәticәsindә Hәştәrxan sülhü (1554) imzalandı, xan taxtına isә uzun müddәt Moskvada yaşamış vә çarın himayәsindә olan Dәrviş Əli gәtirildi. Xanın yanında olan rus müşaviri P.D.Turgenev xanın loyallığına vә vergilәrin ödәnilmәsinә nәzarәt edirdi. Bir müddәt sonra Dәrviş Əli Krım xanlığı ilә әlaqә yaratdı vә oradan kalqa qismindә şahzadәni dәvәt etdi. Hәştәrxan–Krım koalisiyası tәhlükәsi qarşısında qalan rus hökumәti yenidәn Hәştәrxana qoşun göndәrdi vә 1556 ildә H.x. Rus dövlәti tәrәfindәn zәbt olundu. Hәştәrxandan olan qaçqınların bir hissәsi Don kazakları vә noqaylar tәrәfindәn әsir alındı, digәrlәri isә Krım xanlığına köçdü. Qәdim türk әhalinin nәsillәri vә noqaylar sonrakı Hәştәrxan tatarlarının әsasını tәşkil etdi.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU