Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU)
    HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU
    HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU – RF Hәştәrxan vil.-ndә, Volqa çayı deltasının dәnizsahili hissәsindәdir. Sah. tәqr. 670 km2; üç ayrı-ayrı sahәdәn ibarәtdir. 1919 ildә Volqa çayı deltasının nadir tәbii kompleksini qorumaq mәqsәdilә yaradılmışdır. 1975 ildәn qoruğun әrazisi beynәlxalq әhәmiyyәtli subataqlıq sahәlәrinә daxil edilmişdir. Florasında 280-dәn çox bitki növü (o cümlәdәn relikt vә endemik) var; Xәzәr şanagüllәsi, su fındığı, susünbülü, suqamışı, ağ suzanbağı pöhrәliklәrinә rast gәlinir. Qoruqda tәqr. 230 quş növü mәskunlaşmışdır; әsasәn, su-bataqlıq quşları üstünlük tәşkil edir; qu qaz, boz qaz, qaşqaldaq, qırmızı-burun dalğıc, danquşu, belibağlı, vağ vә s. var. Mәmәlilәrdәn (tәqr. 30 növ) qaban geniş yayılmışdır; canavar, tülkü, susamuru, sincab vә çölsiçanına, nadir hallarda desmana rast gәlinir. Amerika su samuru, ondatra vә yenotabәnzәr it iqlimә uyğunlaşdırılmışdır. Sürünәnlәrdәn bataqlıq tısbağası, adi vә suilanları, bağailanı, kәrtәnkәlә var. Balıqlar 60 növdәn çoxdur; karp fәsilәsi (sazan, çapaq, tinqa, xәşәm, qızılüzgәc vә s.), hәmçinin durnabalığı, naqqa, xanı balığı, sıf geniş yayılmışdır. Qoruq ovluq balıqların kürü tökmә vә qışlama yeridir. Qoruqda Volqa çayı deltasının dәyişmә dinamikası vә hidrologiyası üzrә uzun müddәtli müşahidә aparılır.
    Hәştәrxan Dövlәt Tәbiәt Biosfer qoruğu.
     
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HƏŞTƏRXAN DÖVLƏT TƏBİƏT BİOSFER QORUĞU