HƏŞTƏRXAN QAZ-KONDENSAT YATAĞI – RF Hәştәrxan vil.-ndә, Hәştәrxan ş.-n dәn 60 km şm.-ş.-dәdir. Qaz ehtiyatına görә Rusiyanın Avropa hissәsindә әn iri yataqdır. Xәzәryanı neftli-qazlı әyalәtinә daxildir. 1976 ildә kәşf edilmiş, 1986 ildәn istismar olunur. Sah. 4 min km2. Qazın kәşf olunmuş ehtiyatı 2,7 trl. m3. Qaz-kondensat yığını tәqr. 4000 m dәrinlikdә Orta Karbonun Başqırd mәrtәbәsinin әhәngdaşında aşkar edilmişdir. Qazda H2S-in miqdarı 25%-әdәk, CO2-nin – 22%-әdәkdir. Yataqda qaztәmizlәyici qurğular kompleksi yaradılmışdır. Eyni zamanda kükürd hasil olunur.










