Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HƏŞTƏRXAN ÜSYANI (1705–06) 
    HƏŞTƏRXAN ÜSYANI (1705–06) – şәhәr әhalisinin vә işçilәrin, әsgәrlәrin, streleslәrin vә qaçaq kәndlilәrin kütlәvi çıxışları. Vergilәrin artırılması, yeni vergilәrin (hamamlardan, zirzәmilәrdәn, sobalardan, pivә vә braqa istehsalından) vә ticarәt rüsumlarının tәtbiqi, hәmçinin hakimiyyәt orqanlarının vә Hәştәrxan voyevodası T.İ.Rjevskinin özbaşınalığı nәticәsindә baş vermişdi. Çar I Pyotrun saqqal saxlamaq vә rus geyimlәri geyinmәk qadağası haqqında fәrmanının elan edilmәsindәn sonra başlamışdı. 1705 il avqustun 10-da çoxu köhnә tәriqәtçilәr olan 300 streles vә әsgәr Hәştәrxan kremlinә soxularaq Rjevskini vә tәqr. 300 prikaz mәmurunu, zabiti vә әcnәbini qәtlә yetirdilәr. Şәhәr idarәçiliyinin әsas orqanı kruq (şәhәr әhalisinin ümumi yığıncağı) oldu. Kruq tәrәfindәn burmistr Q.Qançikovun, köhnә tәriqәtçi, tacir Y.Novosun, streles İ.Şeludyakın başçılığı ilә zemstvo idarәsi (ştarşina) seçildi. Streles vә әsgәr rәislәrini tabelikdә olanlar seçirdilәr. Kruq taxılın rüsumsuz ticarәtini tәtbiq etdi, şәhәr әhalisindәn toplanan vergilәri lәğv etdi, streles vә әsgәrlәrin maaşlarını artırdı. Üsyançılar Moskvaya göndәrdiklәri әrizәlәrindә çıxışlarının sәbәbini özlәrinin “köhnә etiqad”, saqqal saxlamaq vә rus geyimlәri geyinmәk hüquqlarının müdafiәsi kimi izah etdilәr. H.ü.-na Çornı Yar, Krasnı Yar, Terek (Tәrki), Quryev şәhәrlәrinin sakinlәri dә qoşuldular. Boyarları mәhv etmәk mәqsәdilә ataman İ. Deriqlazın başçılıq etdiyi dәstә (900 nәfәr) Volqa boyunca yuxarıya vә ardınca Moskvaya doğru yürüşә başladı. Onlar 1705 ilin payızında Çariçına çatsalar da, şәhәri tuta bilmәdilәr. 1706 ilin әvvәlindә Q.Qançikov H.ü. rәhbәrliyindәn uzaqlaşdırıldı. Üsyanı yatırmaq üçün qoşun göndәrildi. Eyni zamanda çar üsyançılara fәrman göndәrәrәk qiyamı dayandıracaqları tәqdir dә onlara mәrhәmәt göstәrәcәyini vә bağışlayacağını vәd etdi. Varlı hәştәrxanlılar, streleslәr vә b. üsyançılardan uzaqlaşaraq çarın yanına nümayәndәlәrini göndәrdilәr. 1706 ilin martında B.P.Şeremetevin başçılıq etdiyi qoşun vә Ayuka xan tәrәfindәn göndәrilmiş 20 min kalmık süvarisi Hәştәrxana yaxınlaşdı; müqavimәt göstәrdikdәn sonra şәhәr tәslim oldu. İşgәncәlәr vә edamlar nәticәsindә 365 üsyançı hәlak oldu. Digәr şәhәrlәrdә dә üsyanlar yatırıldı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN