Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HƏŞTƏRXAN VİLAYƏTİ
    HƏŞTƏRXAN VİLAYƏTİ – RF-nin subyekti. Şәrqi Avropa düzәnliyinin c.-ş.- indә yerlәşir. Cәnub federal dairәsinә daxildir. Sah. 44,1 min km2. Əh. 998,2 min (2005). 11 r-nu, 6 şәhәri, 8 ştq. var. İnz. m. Hәştәrxan ş.-dir.
    Tәbiәt. H.v.-nin әrazisi düzәnlikdir; Xәzәryanı ovalıqda yerlәşir. Ərazisinin 3/4 hissәsi okean sәviyyәsindәn aşağıdır; –2,7 m-dәn (şm.-da) – 27 m-әdәk (c.-da, Avropada әn alçaq yer). Ərazidә duz günbәzlәri qalxımları (maks. hünd. 149 m, Böyük Boqdo d.), enliklәr boyu bir-birinә paralel uzanmış (uz. 25 km, hünd. 10–45 m) qumlu-gilli tirәlәr, dәyirmi tәpәlәr (әsasәn, Volqa çayı deltasında) geniş yayılmışdır. Şoranlıqlara vә barxanlara rast gәlinir. Neft vә qaz yataqları mәlumdur (Hәştәrxan qaz-kondensat yatağı); Baskunçak gölündәn duz çıxarılır. İqlimi kәskin kontinentaldır. Orta temp-r yanvarda – 6-dan (c.-da) – 10°C-yәdәk (şm.-da), iyulda tәqr. 25°C-dir. İllik yağıntı tәqr. 200 mm. Vegetasiya dövrü 200 gündәn artıqdır. Volqa çayı vә çayın Axtuba qolu H.v. әrazisindәn axır. Volqa deltasında 800-dәn çox qol, çoxlu şor göl (әn irisi Baskunçak) var; şirin göllәr balıqların kürütökmә yeridir. Taxılotu, yovşan, şoranotu, Volqa çayı deltasında çәmәn bitkilәri yayılmışdır. Subasar sahәdә meşәlәrә, qamışlıqlara rast gәlinir. Sayqak, gәmiricilәr, qaban, çoxlu sürünәn, qartal, köçәri su quşları, tәqr. 50 növ balıq var. Volqa çayı deltası üçün ağ vağ vә qutanlar xarakterikdir. Deltanın nadir fauna vә florasını qorumaq mәqsәdilә Hәştәrxan Qoruğu yaradılmışdır.
    Tәsәrrüfat. H.v. Volqaboyu iqtisadi rayonuna daxildir vә sәnaye regionudur; dәyәrinә görә sәnaye mәhsulunun hәcmi 5,8 dәfә k.t. mәhsullarının hәcmindәn artıqdır. Ölkә iqtisadiyyatında H.v.-nin payı (2003): qaz (1,9%), qaz kondensatı (29%), xörәk duzu hasilatı (52%), kükürd (60%), metalkәsәn dәzgah (4,6%) vә dәniz dәrinliklәri üçün üzәn qazma qurğuları istehsalı; yun (4,5%), tәrәvәz (1,7%), dәniz mәhsulları istehsalı vә balıq ovu (tәqr. 0,5%). Vil.-in әrazisindә Kapustin Yar (Znamensk ş.) sınaq poliqonu, Xәzәr hәrbi donanması (1992 ildә Bakıdan Hәştәrxana köçürülmüşdür) yerlәşir. ÜRM-in strukturunda sәnaye – 25,5%, tikinti – 13,8%, ticarәt, xidmәt vә әmtәә satışı üzrә kommersiya fәaliyyәti – 9,6%, nәql. – 9,1%, k.t. – 5,5%, rabitә – 1,6% tәşkil edir (2002). İqtisadi fәal әhali 521 min nәfәrdir, 84%-i iqtisadiyyatda mәşğuldur. Mәşğulluğun sahә strukturu (%): k.t. – 15,3, sәnaye – 14,9, ticarәt vә ictimai iaşә – 13,9, tәhsil – 10,2, sәhiyyә – 8,9, nәql. – 8,1, tikinti – 51,4, mәnzil-kommunal tәsәrrüfatı – 5,8 tәşkil edir. İşsizliyin dәrәcәsi 1,2%-dir. Əhalinin tәqr. 23%-inin gәlirlәri yaşayış minimumundan aşağıdadır.
     
    Hәştәrxan vilayәti. Axtuba çayı.
    S ә n a y e. 2004 ildә sәnaye mәhsulunun hәcmi 30465 mln. rubl. tәşkil edirdi. Sәnayenin sahә quruluşu (%, 2003): yanacaq sәnayesi 58,9, maşınqayırma vә metal emalı 13,3, elektroenergetika 10,8, yeyinti sәnayesi 9,2, tikinti materialları sәnayesi 3,0, kimya vә neft kimyası sәnayesi 2,1. Elektroenergetika, әsasәn, “Hәştәrxanenerji” müәssisәsi ilә tәmsil olunur (elektrik enerjisi hasilatının 85–90%-i). Vil.-in elektrik enerjisi tәlәbatının tәqr. 90%-ini enerji sistemi müәssisәlәri tәmin edir. Qaz (Hәştәrxan qaz kondensatı yatağı vә s.), neft hasilatı (Promıslovsk r-nunun yataqları), xörәk duzu (Baskunçak gölü), gips, kәrpic vә keramzit gillәri, şüşә vә tikinti qumları, az minerallaşdırılmış müalicәvi içmәli su hasilatı var. “Hәştәrxanqazsәnaye” vә “Lukoyl-Hәştәrxandәnizneft” әn iri yanacaq sәnayesi müәssisәlәridir. Hәştәrxan qaz kondensatı yatağının bazasında “Hәştәrxan qaz kompleksi” fәaliyyәt göstәrir, kükürd istehsal olunur. Vil. sәnayesinin ikinci mühüm ixtisaslaşdırılmış sahәsi gәmiqayırma vә gәmi tәmiri (neft-qaz vә balıq sahәlәri üçün) ilә tәmsil olunan maşınqayırmadır. Quru yük vә neftdaşıyan (6 min t-adәk dedveyt), hәmçinin yardımçı, borudüzәn, balıq ovu, sәrnişin gәmilәri, “Kaspi” vә “Şelf” tipli üzәn qazıma qurğuları vә s. istehsal olunur. Hәmçinin metalkәsәn dәzgahlar, k.t. texnikası, dәmirçi-preslәmә avadanlığı istehsalı inkişaf etmişdir; Hәştәrxan soyuducu avadanlıqları z-du vә s. fәaliyyәt göstәrir. Yeyinti sәnayesindә balıq ovu vә emalı әsas yer tutur (bu sahәnin istehsal hәcminin tәqr. 35%-ini tәşkil edir). Balıq ehtiyatları nәrәkimilәrin qiymәtli növlәri (nәrә, ağbalıq, cökә balığı) vә sıx torla tutulan balıqlarla tәmsil olunur; nәrәkimilәr süni yolla yetişdirilir. Duz istehsalı sahәsi “Bassol” müәssisәsi ilә tәmsil olunur. Un-yarma, yağ-pendir vә süd, meyvә-tәrәvәz, әt emalı yarımsahәlәri inkişaf etmişdir; Hәştәrxan araq-likör vә spirt zavodları fәaliyyәt göstәrir. Vil.-dә tikinti materialları, şüşә, sellüloz-kağız, kimya vә neft kimyası, әczaçılıq, poliqrafiya vә digәr sәnaye müәssisәlәri fәaliyyәt göstәrir. K ә n d t ә s ә r r ü f a t ı. Vil.-in k.t. mәhsulunun ümumi dәyәri 46,3 mln. rubl (101,8%; 2019) tәşkil edir; heyvandarlıq mәhsulları üstünlük tәşkil edir (52%). K.t. üçün yararlı torpaqlar 22,7 min km2-dir (2003; RF әrazisinin tәqr. 1,2%-i), onlardan 77%-i otlaqlar, 10,6%-i әkin yerlәridir. Volqa deltası vә Volqa-Axtuba çaylağının nadir aqrar iqlim ehtiyatları (münbit allüvial torpaqlar, isti iqlim, bol su ehtiyatı) vә suvarma әkinçiliyi H.v.-ni RF-nin әn iri tәrәvәz, bostan bitkilәri vә çәltik әmtәә istehsalı regionlarından biri etmişdir. Tәrәvәz bitkilәrinin istehsal hәcminin tәqr. 90%-ni pomidor tәşkil edir (Rusiya yığımının tәqr. 1/4-i). Hәmçinin xiyar, kәlәm, badımcan, bibәr, yerkökü, soğan vә s. becәrilir. Hәştәrxan qarpızı yüksәk şәkәrliliyә malikdir. 1990-cı illәrin sonlarından pambıq, tütün, xardal becәrilir. Ətlik-yunluq qoyunçuluq, әtlik-südlük heyvandarlıq inkişaf etmişdir, yarımsәhra әrazilәr otlaq kimi istifadә olunur. H.v. RF-dә qoyunların ümumi sayına vә yun istehsalına görә aparıcı mövqe tutur. Quş çuluq, ilxı atçılığı, dәvәçilik inkişaf etmişdir. K.t.-na yararlı yerlәrinin böyük hissәsi k.t. tәşkilatlarına mәxsus torpaqlardır: tәqr. 83% buğda, 20% tәrәvәz; kәndli (fermer) tәsәrrüfatlarda isә tәqr.18% buğda, 26,1% tәrәvәz becәrilir. Əhaliyә mәxsus tәsәrrüfatlarında 1362,1 min t tәrәvәz, 354,9 min t kartof, 177,1 min t süd istehsal olunur, 72,4 min t әtlik heyvan vә toyuq yetişdirilir (2019). N ә q l i y y a t. H.v. – Volqa çayı nәql. xәtti mövcuddur. Hәştәrxan vә Axtubinsk әsas çay portlarıdır. Gәmiçiliyә yararlı çay yollarının ümumi uz. 1412 km-dir. 1998 ildә Rusiyanın, Qazaxstanın, Türkmәnistanın, İranın quru yüklәrinin ixrac-idxalı üçün ixtisaslaşdırılmış Olya dәniz ticarәti portu açılmışdır (H.-ın 100 km-liyindә, Liman r-nunda). D.y.-larının uz. 555 km-dir. Hәştәrxan – Volqoqrad – Saratov – Ryazan – Moskva – S.-Peterburq әsas d.y. magistralıdır. Bәrkörtüklü avtomobil yollarının uz. 2,68 min km tәşkil edir (2003). Hәştәrxan – Moskva, Hәştәrxan – Elista, Hәştәrxan – Mahaçqala, Hәştәrxan – Krasnıy Yar – Atırau avtomobil yolları var. Hәştәrxan ş.-ndә beynәlxalq aeroport var. H.vil.-nin әrazisindәn Tengiz – Atırau – Hәştәrxan – Novorossiysk magistral neft kәmәri keçir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN