HƏTƏMOV Əhmәd Süleyman oğlu (d.18.7.1959, Bakı) – Azәrb. idmançısı. Karate-do üzrә әmәkdar mәşqçi (1993), әmәkdar idman ustası (1997), әmәkdar bәdәn tәrbiyәsi vә idman xadimi (2009). Avropa (1992, Yuqoslaviya) vә 2 dәfә dünya (2007, Yaponiya; 2013, Yaponiya) çempionu, dünya çempionatının gümüş (1995, Meksika; 2000, İndoneziya) mükafatçısı olmuşdur. 7-ci dan qara kәmәr sahibidir (2010). Moskva Kooperativ İn-tunu bitirmişdir (1983). Pedaqogika üzrә fәlsәfә doktoru (2017), FHN Akademiyasının prof.-udur (2018).











