HƏVARİLƏR, әl-h ә v a r i y y u n (әr.
) – 1) İsa Mәsihin şagirdlәri vә davamçıları (bax Apostollar). Quranda İsanın H.-i üç ayәdә xatırlanır (3:52; 5:111; 61:14). 2) Mәhәmmәd peyğәmbәrin әn yaxın 12 tәrәfdarı. Mәnbәlәrdә H.-in adlarını sadalayan iki siyahı var. Birinci siyahı Qüreyş qәbilәsinә mәnsub 12 nәfәrdәn ibarәtdir. İkinci siyahıya Mәhәmmәd peyğәmbәrin İkinci Əqәbә әhdindәn sonra Mәdinәdә öz nümayәndәlәri (nәqiblәr) kimi seçdiyi Övs vә Xәzrәc qәbilәlәrinә mәnsub 12 nәfәrin adı daxildir. H.-lә bağlı hәdislәr, әsasәn, Əhmәd ibn Hәnbәl vә Buxarinin toplularında yer alır. Hәmin hәdislәr erkәn islam dövründә “peyğәmbәrin hәvarisi” kimi mәşhurlaşmış sәhabә Zübeyr ibn Əvvamın adı ilә bağlıdır. İbn Ərәbi Mәhәmmәdin peyğәmbәrlik missiyasının hәqiqiliyini tәsdiqlәyәn, möcüzә göstәrmәk qabiliyyәtinә malik insanları H. adlandırırdı.










