HƏVİLOV Hәvil Abdulla oğlu (9.5.1938, Goranboy r-nunun Tapqaraqoyunlu k. – 28.10.2003, Bakı) – Azәrb. tarixçisi, etnoqraf, tarix e.d. (1990), prof. (1991). Azәrb. Dövlәt Un-tini (indiki BDU) bitirmişdir (1963). Tapqaraqoyunlu kәnd orta mәktәbindә müәllim (1963–66), axşam mәktәbinin direktoru işlәmişdir. 1969 ildәn BDU-da müәllim, baş müәllim, dosent vәzifәlәrindә çalışmış, 1992 ildәn ömrünün sonunadәk arxeologiya vә etnoqrafiya kafedrasının müdiri olmuşdur. 50-dәn çox elmi әsәrin, bir neçә monoqrafiya, dәrslik vә dәrs vәsaitinin müәllifidir.
Ə s ә r i: Azәrbaycan etnoqrafiyası. B., 1991.










