HƏVVA (ivritcә
;
әr. ) – Adәm peyğәmbәrin arvadı, ilk qadın. Quranda adı çәkilmәsә dә, Adәmlә bağlı hadisәlәrin tәsvir olunduğu ayәlәrdә onun zövcәsi kimi göstәrilir (2:35–38; 7:19–25; 20:115–123). Müsәlman mәnbәlәrinә görә, Adәm vә H. cәnnәtdәn çıxarıldıqdan sonra H. Ciddәyә düşmüş vә Ərәfatda Adәmlә rastlaşmışdır. Adәmin ölümündәn bir il sonra vәfat etmiş, onun yanında dәfn olunmuşdur.










