Azərbaycan Milli Ensiklopediyası
X CİLD (GİYAN  - HİDROKORTİZÓN)
    HƏYAT
    HƏYAT (f ә l s ә f ә d ә) – varlığın hәrәkәt vә tәşkilinin ali formalarından biri. H.-ın tәbiәti (mahiyyәti) vә mәnşәyi haqqında mәsәlәlәr müasir elmi vә fәlsәfi fikrin әn fundamental problemlәri sırasına daxildir. H.-ın mövcud tәriflәrinin müxtәliflik sәbәbi bu mürәkkәb vә çoxtәrәfli hadisәnin öyrәnilmәsi ilә bir çox elm sahәlәrinin mәşğul olmasıdır. Canlı olmayan şeylәrdәn fәrqli olaraq, canlı sistemlәrin H.-ı dәqiq vә birmәnalı sәciyyәlәndirmәyә imkan verәn xüsusiyyәtlәrini fәrqlәndirmәk özü hәddәn artıq çәtindir. Biologiya H.-ın tәzahürünün çox tәrәfli aspektlәrini öyrәnir. Yeni dövrdә H. fenomeninin dәrki iki bir-birinә әks fәlsәfi sistemin – mexanisizminvitalizmin qarşıdurması şәraitindә baş verirdi. Mexanisizm nümayәndәlәri canlı vә cansız alәmin hәr bir halda qarşı-qarşıya qoyulmasını rәdd edәrәk göstәrirdilәr ki, H. vә tәbiәtin bütün “cansız” alәmi eyni qanunlarla tam izah olunur. 20 әsrin әvvәllәrindә tәşәkkül tapmış aşağıdakı mexanisizm versiyalarını ayırmaq olar: 1) klassik mexanisizmә görә, bütün tәbiәt hadisәlәrini, o cümlәdәn canlı tәbiәti İ.Nyutonun mexanika qanunları әsasında elmi cәhәtdәn izah etmәk mümkündür; bu versiya Maarifçilik dövründәn 19 әsrin sonlarınadәk mövcud olmuş, lakin nisbilik nәzәriyyәsinin vә kvant mexanikasının formalaşması ilә tam aradan qalxmışdır; 2) fizikalizm tәrәfdarları hesab edirdilәr ki, mәhz fizika bütün elmlәrin (әn azı, tәbiyyat elmlәrinin) nәzәri әsasını tәşkil edir vә buna görә H.-ı da son nәticәdә fizikanın qanunları (yaxud “fizika vә kimyanın qanunları”) әsasında tam izah etmәk mümkündür. 19 әsrin ortalarında L.Büxner tәrәfindәn dәqiq ifadә edilmiş bu mövqeyi 20 әsrin ortalarında da әsaslandırmağa davam edirdilәr; 3) kauzalizmә (lat. causa – sәbәb) görә, canlı (hәmçinin cansız) tәbiәtin bütün hadisәlәri ciddi şәkildә sәbәbiyyәt әlaqәsi ilә bağlıdır, buna görә onların izahı “mәqsәd”, “mәna”, “әhәmiyyәt” kimi teleoloji anlayışlardan istifadәyә ehtiyac duymur. Vitalizm mexanisizmin birbaşa antitezi kimi formalaşmış vә onun nümayәndәlәri canlının cansızdan keyfiyyәtcә fәrqli olduğunu, mexanikanın (fizika vә kimyanın) qanunlarına müncәr edilmәyәn spesifik bioloji qanunauyğunluqların mövcudluğunu, әn başlıcası isә canlı sistemlәrdә canlı orqanizmlәrә bütövlük vә mәqsәdәuyğunluq, xüsusi növ nizamlılıq vә müәyyәn mәqsәdlәrә doğru canatma qabiliyyәti verәn qüvvә vә faktorların varlığını iddia etmişlәr. Vitalizmin köklәri klassik keçmişә dayaqlanır vә bir qayda olaraq, H.-ı mәqsәdli sәbәb – entelexiya ilә şәrtlәnәn qidalanma, böyümә vә qocalma proseslәri kimi başa düşәn Aristotel fәlsәfәsi ilә әlaqәlәndirilir. Bütün hәyati proseslәri idarә edәn müxtәlif hәyat qüvvәlәri vә mahiyyәtlәri haqqında bir neçә tәlimlә tәmsil olunan (K.F.Volf, İ.F.Blümenbax vә b.) 17–18 әsrlәr vitalizminә görә, mәhz qeyri-maddi başlanğıc olan can bәdәni idarә edir vә onun dağılmasına imkan vermir (alman tәbiyyatşünası G. Ştal, 1660–1734). 19 әsrdә fizika vә kimya elmlәrindә әldә edilmiş uğurların tәsiri altında mexanisizm vitalizmi bioloji idrak sahәsindәn sıxışdırıb çıxarmağa başladı. Üzvi maddәlәrin yalnız “hәyat qüvvәsi” sayәsindә yarana bilmәsi fikri 1828 ildә sidiyin sintezi (F.Völer) ilә rәdd olundu. 1908 ildә enerjinin saxlanması qanununun canlı orqanizmlәrә dә aid olduğu eksperiment yolu ilә sübut edildi (M.Rubner). Buna baxmayaraq, 19 әsrin sonu – 20 әsrin әvvәllәri yeni vitalist konsepsiyaların formalaşması ilә әlamәtdar oldu. H. Driş dәniz kirpisinin blastulasının bölünmәsi vә sonradan hәr hissәsindәn bütöv orqanizmin әldә edilmәsi tәcrübәsinә әsaslanaraq, canlı orqanizmlәrdә bütün proseslәri idarә edәn xüsusi mәkansız hәyat faktorunun (Aristotelin ardınca o da bu faktoru entelexiya adlandırırdı) mövcudluğu ideyasını irәli sürdü. Bu illәrdә formalaşmış vitalizm mövqeyini bütövlükdә aşağıdakı kimi ifadә etmәk mümkündür: 1) H. fizikanın vә kimyanın bütün qanunlarına tabedir, lakin onlara müncәr edilә bilmәz; 2) canlı vә cansız arasında mütlәq fәrq var: bütün cansızlar yalnız tәbiәt qanunlarına tabedirsә, canlılarda belә deyil; 3) istәnilәn üzvi proses teleolojidir, yәni immanent mәqsәdәuyğunluqla idarә olunur; 4) bu teleolojiliyin sәbәbi canlı orqanizmlәrdә psixoid, yaxud metafizik tәbiәtli faktorların mövcud olmasıdır. B i o l o g i y a d a. 20 әsrin әvvәllәrindә bioloqların xeyli hissәsi mexanisizm mövqeyindә qalmışdı. Hәtta genetikanın (genetik kodun açılması vә s.) vә molekulyar biologiyanın son nailiyyәtlәri, elәcә dә 20 әsrin ortalarında darvinizm vә genetikanı birlәşdirәn sintetik tәkamül nәzәriyyәsi müasirlәrin әksәriyyәti tәrәfindәn son dәrәcә “mexanistik” kontekstdә dәrk edilmişdi. 20 әsrin 1-ci yarısında elmdә H.-ın tәzahür forması fәallığın özü olan spesifik maddi strukturun aktiv vә mәqsәdәuyğun dәstәklәnmәsi prosesi kimi dәrki üstünlük tәşkil edirdi. Bu spesifik strukturun başlıca saxlanma mexanizmi orqanizmlәrin onları әhatә edәn qeyri-üzvi mühitlә qarşılıqlı tәsir prosesi, bu qabiliyyәtin başlıca maddi daşıyıcısı isә zülal hesab olunurdu. Buna görә dә 19 әsrin sonu – 20 әsrin 1-ci yarısında bioloqlar arasında belә bir fikir geniş yayılmışdı ki, H. zülali cisimlәrin yaşam qabiliyyәtidir. Lakin biokimyanın inkişafı prosesindә aydın oldu ki, zülallar 20 müxtәlif aminturşudan ibarәt polimerlәrdir (polipeptidlәrdir), hәm dә polipeptidlәrin özündә heç bir spesifik bioloji xassә aşkar edilmәmişdir. H.-ın mahiyyәtini xüsusi “canlının fizikasında”, biofizikada axtarmağa başladılar. 20 әsrin 1-ci onilliklәrindә “canlı maddәnin” xüsusi termodinamikasının aşkara çıxarılması daha çox perspektivli görünürdü; hesab olunurdu ki, canlı tәbiәtdә inkişaf vә tәkamül proseslәrinin entropiyanın artması tәrәfә yox, tәşkilolunma vә nizamlılıq sәviyyәsinin yüksәlmәsi istiqamәtindә gedir. Belә yanaşma rus alimi E.S.Bauer tәrәfindәn dә 1920–30-cu illәr dә yazdığı әsәrlәrdә inkişaf etdirilmişdi. Bauer canlı orqanizmlәrin maddәlәr mübadilәsi, assimilyasiya vә dissimilyasiya, qıcıqlanma, hüceyrәlәrin böyümәsi vә qocalması vә s. kimi bütün xassәlәrinә davamlı qeyri-tarazlıq prinsipindәn yanaşırdı. H.-ın termodinamiki şәrhinin bu istiqamәti sonralar Avstriya bioloqu L. fon Bertalanfi (1901–1972), E.Şrödinger vә b. tәrәfindәn davam etdirilmiş vә bir sıra müasir maddi sistemlәrin özünü tәşkili vә hәyatın mәnşәyi konsepsiyalarının әsasına çevrilmişdir. Lakin hәyati fәaliyyәtin bütün proseslәrindә genetik strukturların fundamental әhәmiyyәtliliyi dәrk edildikcә alimlәr H.-ı sәciyyәlәndirәn başlıca prosesin maddәlәr mübadilәsindәn daha çox bütün canlı sistemlәrin özünütörәtmә qabiliyyәtinin olması qәnaәtinә gәldilәr: H. mәhz nәsil növbәlәşmәsi vasitәsilә mühafizә edilib saxlanılır. G.C.Möller “Gen hәyatın әsasıdır” әsәrindә (1926) ilk növbәdә mәhz genlәrin, hәtta onların öz strukturunu dәyişdiyi (mutasiyalaşdığı) hallarda belә özününsurәtiniçıxarma vә öz spesifik strukturunu saxlama qabiliyyәtinә görә hәyatın vә tәbii seçmә yolu ilә onun tәkamülünün maddi әsası kimi nәzәrdәn keçirilmәsi ideyasını inkişaf etdirmişdir. Canlının әsas xassәsi olan özünü törәtmә (özünün surәtiniçıxarma, özünüreplikasiya) haqqında mülahizә 20 әsrin 2-ci yarısında biologiyada müәyyәnlәşdirici rol oynadı. 1944 ildә kimyәvi nöqteyi-nәzәrdәn genlәrin zülal deyil, nuklein turşularının nümayәndәlәri olduğu aydınlaşanda H.-ı dezoksiribo nuklein turşusunun mövcudluq forması kimi müәyyәn etmәk istәyi meydana çıxdı. Lakin bu vaxtadәk artıq mәlum idi ki, H. hansısa cisimlәrin, yaxud maddәlәrin öz-özlüyündә xassәsi ola bilmәz; o yalnız müxtәlif maddәlәr vә ya cisimlәr arasındakı xüsusi növ bütöv struktur әmәlәgәlmәlәri, fәrdiliklәr yaradan qarşılıqlı tәsir sistemlәrinin xassәsi ola bilәr.
     1948 ildә N.Vinerin “Kibernetika”sının meydana gәlmәsi ilә H.-ın mahiyyәtinin dәrk edilmәsindә әsas mülahizәlәrdәn biri saxlanılan özünüidarә ideyası oldu. Canlı orqanizmlәrin әtraf mühitin kifayәt qәdәr geniş dәyişkәnlik hüdudlarında öz fәaliyyәtlәrinin әn mühüm parametrlәrini iş norması hәddindә avtomatik saxlama qabiliyyәti әslindә çoxdan mәlum idi; bu hadisәyә, ehtimal ki, H.-ın başlıca sәciyyәsi kimi, 19 әsrdә artıq K.Bernar diqqәt yetirmişdi. Kibernetikanın meydana gәlmәsi ilә xüsusi idarәetmә proqramlarının hәlledici rolu dәrk edildi vә H.-ın tәrifini daha tez-tez informasiya anlayışı vasitәsilә vermәyә başladılar. İdarәetmә prosesinә hәmçinin idarәetmәnin “mәqsәd’i vә ona nailolmanın “vasitәlәri” (mexanizmlәri) daxildir, belәliklә, әsrlәr boyu biologiyadan sәylә çıxarılmış “mәqsәd”, “mәqsәdyönlülük”, “mәqsәdәuyğunluq” vә s. kimi teleoloji anlayışlar H.-ın şәrhinin tәmәl prinsiplәri tәrkibinә qaytarıldı. Canlının tәdqiqinin üç müxtәlif sahәsindәn (biokimya, genetika vә kibernetika) gәlәn bu ideyalar axını 1953 ildә DNT strukturunun kәşfindәn (C.D.Uotson, F.Krik) sonra sürәtlә formalaşan molekulyar biologiyada H.-ın semiotik tәbiәti ideyası ilә birlәşib tamamlandı. DNT sadәcә olaraq  kimyәvi cisim vә irsiyyәt maddәsi kimi deyil, eyni zamanda hәm dә irsi informasiya kodunun daşıyıcısı, canlı hüceyrәnin bütün әn mühüm funksional va hidlәrinin formalaşması proqramının, o cümlәdәn özünütörәtmә (özününsurәtiniçıxarma, replikasiya) proqramının yazıldığı “mәtn” kimi dәrk olundu. H. hәm dә “semiotik” әmәlәgәlmә, “mәtn” kimi anlaşılmağa başlandı. İrsiyyәt kimya dilindәn istifadә edilmәklә DNT-dә yazılmış mәlumat olduğu üçün, molekulyar genetikada linqvistikadan götürülmüş anlayışlar geniş tәtbiq edilmәyә başlandı. F.Krikin qeyd etdiyi kimi, genetik kodun xüsusiyyәtlәrini sırf kimyәvi sәbәblәrlә aydınlaşdırmaq cәhdlәri boşa çıxdı. Tripletlәrin vә aminturşuların fiziki–kimyәvi xassәlәrinә әsaslanıb DNT tripletlәri strukturunu müәyyәn aminturşularla әlaqәlәndirmәk mümkün deyil, çünki belә әlaqә yoxdur. Bu әlaqә simvolikdir. Nә fiziki kimya ümumilikdә, nә dә o cümlәdәn energetika canlını müәyyәn etmir. Biologiyanın ümumi nәzәriyyәsi fiziki-kimyәvi deyil, semantik olmalıdır. 21әsrin elmi mәlumatlarına görә, H., canlı, şübhәsiz ki, fizika vә kimyanın bütün mәlum qanunlarına tabe olan, lakin eyni zamanda daxilәn ona xas olan dәrrakәlilik vә mәqsәdyönlülük xassәlәrinә malik maddi sistemdir. Belәliklә, hәm biologiyanın, hәm dә 20 әsr elminin fәlsәfә vә metodologiyasının inkişafı “mexanisizm–vitalizm” dixotomiyasının özünün uydurma olduğunu aşkara çıxardı. N.Vinerin sözlәrinә görә, “mexanistlәr vә vitalistlәr arasındakı bütün mübahisәlәri yanlış formullaşdırılmış mәsәlәlәr arxivinә qoymaq olar.” H.-ın tәrifini vermәk üçün edilәn bütün yuxarıda nәzәrdәn keçirilmiş cәhdlәrdә H.-ın başlıca xüsusiyyәtinin ayrılıqda götürülәn canlı orqanizmlәrdә, fәrdiliklәrdә cәmlәnmәsi fikri әsas götürülürdü. Lakin bu ilkin şәrt heç dә aydın deyildir. Belә ki, V.İ.Vernadski “Yer üzәrindә hәyatın әmәlә gәlmәsi şәraiti haqqında” mәqalәsindә (1931) H.-ın dәrkinә bütövlükdә biosferin әzәli xassәsi kimi tamamilә yeni yanaşma irәli sürdü. Bu nöqteyi-nәzәrdәn H. ayrılıqda götürülәn canlı orqanizmlәrdәn daha qәdimdir, buna görә dә amerikan fiziki H.Pattinin sözlәrinә görә, “H,-ın mәnşәyinin başlıca mәsәlәsi nәyin – DNT-nin, yaxud zülalın әvvәl әmәlә gәlmәsi deyil, әn bәsit ekosistemin necә olması mәsәlәsidir”. H.-ın tәbiәtinin dәrkinә bu yanaşmanı bәzi ekoloqlar, mikrobioloqlar vә geokimyaçılar xüsusilә H.-ın mәnşәyi problemi ilә әlaqәdar olaraq fәal surәtdә işlәyib hazırlayırlar. Müasir alimlәrin әksәriyyәtinin fikrincә, Yer üzәrindә H. fasilәsiz olaraq mühitlә maddәlәr, enerji vә informasiya mübadilәsindә olan, özünütәnzimlәmәyә, özünütörәtmәyә, inkişafa vә tәkamülә qabil biri-birinә qarşılıqlı tәsir göstәrәn açıq polimerlәr sistemi meydana gәlәndә başlayır. Mәhz özünütörәtmә, özünüreduplikasiya, daha dәqiq desәk, kovariant (yәni variasiyalarla baş verәn) reduplikasiya, maddi sistemi canlı kimi müәyyәnlәşdirәn әsas kimi nәzәrdәn keçirilir. Bu xassә başlanğıc populyasiyaların quruluş vә tәrkibinin dәyişmәsinә, uyğunlaşmaların qazanılmasına, tәkamülә, taksonların mürәkkәbliyinin vә müxtәlifliyinin artmasına, iyerarxiya sisteminin yaranmasına, canlı sistemlәrin fәrdilәşmәsinә, fәallığına, avtonomluğuna, mәqsәdyönlülüyünә sәbәb olan tәbii seçmәnin (variantlardan) әsasını tәşkil edir. Yer üzәrindә H.-ın yeni mәdәni-tarixi mәrhәlәsinin çıxış nöqtәsi kimi insanın vә insan cәmiyyәtinin meydana gәlmәsini hazırlayan mentallığın (güclәnәn sefalizasiya bazasında) vә müvafiq olaraq dәyişdirici aktiv fәaliyyәtin artması bu prosesin zirvәsini tәşkil edir. Bax hәmçinin Hәyatın mәnşәyi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
GİYAN  – HİDROKORTİZÓN